SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri və Dubay əmiri Məhəmməd İbn Rəşid əl Maktum "Xoşbəxtlikdən Məsul Dövlət Nazirliyi" adlı qurum yaradılacağını bildirib.

BAKU.WS məlumat verir ki, bu haqda Əl Maktum Twitter hesabında yazıb. Baş nazir BƏƏ-nin inkişafında yeni dövrün başladığını və hökümtdə struktur dəyişikliyi ediləcəyini, yeni qurumlar yaradılacağını bildirib.

Əl Maktum, "Xoşbəxtlikdən Məsul Dövlət Nazirliyi" adında yeni yaradılacaq olan qurumun dünyada bir ilk olduğunu, cəmiyyətdə dincliyi təmin edəcəyini yazıb.
 
Nazirin sözlərinə görə bundan başqa "Tolerantlıq Nazirliyi" adlı qurum da yaradılacaq. Bu nazirliyin vəzifəsi BƏƏ cəmiyyətinə təməl dəyərlərini aşılamaqdır. 

Yeni nazirliklər BƏƏ cəmiyyətinə xoşbəxtlik və tolerantlığı inkişaf etdirmək məqsədiylə qurulacaq. 
 
BAKU.WS