SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzində iki qurum - Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

BAKU.WS
-in məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Arif Babayev "Nəzər Nöqtəsi”ndə yeni xidmətlərin prespektivliyi ilə bağlı bir çox mətləblərə aydınlıq gətirib.

– Arif müəllim, hazırda cəmiyyətdə belə bir rəy formalışıb ki, Milli Təhlükəsizlik Nazirliyi məhz ona görə ləğv olundu ki, ictimaiyyətin artıq bu quruma olan etibarı zədələnib. Ona görə belə bir addım atıldı?

- Xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunun təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən 14 dekabr 2015-ci il tarixli fərmanına əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. İki müstəqil xüsusi xidmət orqanın yaradılması haqqında fərman, əlbəttə ki, çox müdrük və mütərəqqi bir addımdır. Bu, eyni zamanda müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcıdır. Həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyəyə qalxmasıdır.

– Bəs niyə məhz bu məqamda bu addım atıldı?

– Kəşfiyyat və əks kəşfiyyat təminatına cavabdeh qurumların müstəqil dövlət strukturları qismində fəaliyyət göstərməsi dünya dövlətlərin təcrübəsində geniş yayılıb. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Avropa ölkələri, hətta MDB dövlətlərin təcrübəsinə nəzər salsaq həmin ölkələrin də təhlükəsizlik və xüsusi xidmət orqanlarının məhz bu xidmət formatında fəaliyyət göstərdiyini şahidi olarıq.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

BAKU.WS