VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən Azərbaycana gəlib. 
 
BAKU.WS-in məlumatına görə, şahzadə Azərbaycanın Muğan düzünə səfər edib. Şəkillərdən də göründüyü kimi, şahzadə dostları ilə ov etmək üçün Azərbaycana yollanıb.
 
Ölkəmizə ikinci dəfə baş çəkən "Fazza" ləqəbli şahzadə dostları üçün yemək də bişirib. Şahzadə və dostlarının şahin quşu ovlamaq üçün Azərbaycanda olduğu bildirilir. 
 
Qeyd edək ki, Azərbaycanda səfərdə olan şahzadənin bir müddət öncə qardaşı Rəşid bin Məhəmməd Əl Məktum qəflətən dünyasını dəyişib. Görünür şahzadə qardaşının yasından çıxmaq üçün Azərbaycana üz tutub. 
 
"Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. "Forbes”in "dünyanın ən zəngin varisləri" siyasında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir. 
 
ŞAHİN HƏbibov
BAKU.WS