VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Cəlilabad rayonunda aparılan qazıntılar zamanı Tunc dövrünə aid maddi mədəniyyət nümünələri aşkarlanıb.


BAKU.WS
-in məlumatına görə, rayonun Sərhədabad kəndindəki nar bağı ərazisində qazıntılar zamanı aşkara çıxan nümünələr qəbir abidələrindən ibarətdir.

Tarixçilər aşkarlanan qəbirlərin araşdırlımalı olduğunu bildirirlər. Bu səbəbdən də, hazırda ərazidə qazıntı işləri dayandırılıb və burada geniş tədqiqat işlərinin aparılması üçün əlaqədar qurumlara məlumat verirlib.

Mütəxəssilərin fikrincə nadir tapıntılardan olan möhrə qəbir məzarlığının öyrənilməsi antik tariximizlə bağlı son dərəcə maraqlı məlumatları üzə çıxara bilər.

Qəbirlərin çox olması ətraf ərazinin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Burda məzarlar tarixdə Möhrə qəbir abidələri kimi tanınr.


Antik inanaca görə, qəbir ərazisinin paklaşdırılması üçün burada xüsusi ayinlər icra olunurmuş.

Ziya Səccad
BAKU.WS