Elgiz ata oldu

Elgiz ata oldu
Şou-biznes 2415

Azərbaycanın tanınmış aparıcılarından biri, ANS TV-də yayımlanan "Günə Baxan"nın aparıcı Elgiz Əkbər ata oldu.

BAKU.WS-in məlumatına görə, aparıcı Anspress-ə açıqlamasında qız atası olduğunu deyib. Onun sözlərinə görə, körpə bu gecə dünyaya gəlib. Elgiz qızına Lalə adını verib. "Uşaq gecə saat 01 radələrində dünyaya gəlib. Çəkisi 3 kq-dır. Çox həyəcanlıyam. Sanki mənə baxıb gülümsədi". Qızını Lalə adlandırmasına gəlincə isə o , deyib ki, hələ subay zamanlarından iki addan xoşu gəlib. Bunlardan biri Lalə idi. Qeyd edək ki, aparıcı ata olacağı barədə məlumatı efirdə demişdi. O, bir müddət öncə həyat yoldaşının yanında olmaq üçün məzuniyyətə çıxdığını açıqlamışdı. "Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”. BAKU.WS 

Oxşar xəbərlər

"Günəbaxan"da Elgizi bu aparıcı əvəz etdi (VİDEO)

"Günəbaxan"da Elgizi bu aparıcı əvəz etdi (VİDEO)

ANS kanalında yayımlanan "Günəbaxan” verilişinin yeni aparıcısı ilk efirinə çıxıb. BAKU.WS məlumat verir ki, verilişdə aparıcı Elgiz Əkbərin yerinə efirə Murad...

1779 Şou-biznes 11:01 28 yanvar 2016

Son xəbərlər