Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy maraqlı açıqlama verib.
 
BAKU.WS məlumat verir ki, müğənni ötən gün , CNR-da təşkil olunan mebel sərgisinə xüsusi qonaq kimi qatılıb. Dərin sinə dekoltesi və aksesuarları ilə diqqət çəkən müğənni jurnalistlərin 14 fevralla bağlı sualına "Köhnələrlə idarə edəcəyəm. Aranızda yaraşıqlı varsa yox demərəm" deyərək hər kəsi güldürüb. 
 
Sənətçi Sezen Aksunun sənəti tərk etməsi ilə bağlı da danışıb:
 
"O, 80 milyonun Sezen Aksusudur. Bu qərarı verməyə haqqı yoxdur. Çoxumuzda olmayan özəlliklərə sahibdir. Əgər həqiqətən sənəti atsa onun evinə gedib lazım olanı edərəm" -, deyə müğənni bildirib. 
 
BAKU.WS