Elmar Vəliyevin Hacıkənddə baxımsız qalan otelindən görüntülər – VİDEO

Elmar Vəliyevin Hacıkənddə baxımsız qalan otelindən görüntülər – VİDEO
Foto Video
Şou-biznes 14061
Elmar Vəliyev sahibi olduğu iddia edilən otelin inşaası bir müddətdir yarımçıq qalıb.BAKU.WS xəbər verir ki, Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan “Arfa” otelinin tikintisi bir müddətdir ki, yarımçıq qalıb.Yeddi mərtəbədən ibarət olan otel kompleksi Hacıkənd qəsəbəsinin mərkəzi hissəsində tikilib.Beş ulduzlu otellərin tələblərinə uyğun aparılan tikili təxminən iki ildir ki, aparılırdı. Artıq həmin tikinti dayandırılıb.Baxmayaraq oteldə son tamamlanma işləri həyata keçirilirdi.Otel kompleksi Gəncə şəhərinin 19 kilometrliyində yerləşir.Məqsəd yay aylarında Göygöl-Hacıkənd bölgəsinə yerli və xarici qonaqların, eləcə də yerli turistlərin sıxlığı nəzərə alınaraq onlara yüksək xidmət göstərmək olub.Yeni otel binasının Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu iddia olunur.

Son xəbərlər