Malayziyanın keçmiş kralı V Məhəmməd rus model Oksana Voevodina ilə 22 iyun tarixində boşanıb.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, bu barədə keçmiş kralın vəkili məlumat verib.

Hüquqşünas 1 iyul tarixində dərc edilən boşanma barədə sənədi göstərib. Onun sözlərinə əsasən, V Məhəmməd üç dəfə “Talaq” (İslam dininə görə kişi ilə qadın arasında bağlanmış nigaha son vermə) kəlməsindən istifadə edib.

Şəriət qanunlarına əsasən isə bu, geriyə dönüşü olmayan boşanma sayılır. İndi 49 yaşlı eks-monarx 26 yaşlı “Miss Moskva” ilə yenidən evlənə bilməz.

Bundan əlavə, hüquqşünas V Məhəmmədi inandırıb ki, Voevodina ona xəyanət edib. “Miss Moskva”nın rəfiqəsinin sözlərinə əsasən, rus gözəli uşağın atasının kimliyini sübut etmək üçün DNA testi etməyə hazırdır.

Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib.
BAKU.WS