Həyat yoldaşı "Polad Alemdar"a xəyanət edib

Həyat yoldaşı Polad Alemdara xəyanət edib
Şou-biznes 4480
"Kurtlar vadisi" serialında yaratdığı "Polad Alemdar" obrazı ilə Azərbaycanda tanınıb-sevilən Necati Şaşmazın həyat yoldaşı ona xəyanət edibmiş.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma xəbərləri gündəmi zəbt edən 7 illik cütlüyün ayrılıq səbəbi açıqlanıb. Məşhur aktyorun vəkilinin Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi ərizədə göstərilir ki, tərəflərin evliliyi Nagehan Şaşmazın ağır qüsurlu hərəkətləri nəticəsində sarsılıb.Qeyd edək ki, Türkiyədə ağır qüsurlu hərəkət dedikdə xəyanət kimi başa düşülür.Boşanma prosessinin qalmaqallı olacağını bildirən vəkil, boşanmaq üçün Necati Şaşmazın məhkəməyə üz tutduğunu açıqlayıb.Aktyor arvadından mənəvi və maddi təzminat kimi 10 milyon lirə tələb edir. Eyni zamanda Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasının qarşısını almaq üçün qəyyumluğun ona verilməsini istəyir. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər