SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin nüfuzlu Anadolu Agetliyi Bakıda törədilən 20 yanvar qətliamı barədə reportaj hazırlayıb.

BAKU.WS
-in məlumatına görə, reportajda faciəni gözlərilə görən hadisə şahidlərilə görüşüblər. Hadisə şahidləri 1990-cı ildə qanlı yanvar hadisələrinin Rusiyanın xüsusi təlim keçmiş desantları və erməni əsilli quldurlar tərəfindən törədilməsini bildiriblər.

Faciəni gözlərilə görən 57 yaşlı Nazim Ələkbərov bildirib ki, əli silahsız xalq rus tanklarının qarşısına çıxıb. O, bildirib ki, həmin gün möcüzə nəticəsində sağ qalıb.

"Həmin gün uşaqlarla birgə maşınla gedirdik. Qəfildən tankar qarşımızı kəsdi. Tanklar həm üstümüzə gəlirdilər, həm də atəş açırdılar.  Qapını açdım və uşaqlar tez maşından düşdülər. Lakin özüm çıxa bilmədim. Tank maşını əzib keçdi. Hələ indi də sağ qaldığıma inanmıram. Sinəm, ciyərim əzildi. Uzun müddət xəstəxanada müalicə aldım”, - deyə Nazim Ələkbərov bildirib.

Həmin avtomobildən özüm çıxdım. Həmin gün elə bil mənə əlavə güc gəlmişdi. Nazim Ələkbərov onu da bildirib ki, sonradan əzilən maşınını götürüb və onu həyətinə aparıb. O, indiyə qədər həmin maşını saxladığını bildirir.

Ziya Babayev

BAKU.WS