SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada Türkiyəyə tur paketi satışının qadağan olmasına baxmayaraq xalq türk sahillərindən imtina etmək istəmir.
 
BAKU.WS-in məlumatına görə, Rusiya KİV-i bir çox rus vətəndaşının öz imkanlarıyla tətil üçün Türkiyənin yolunu tutmağa davam etdiyini bildirir. 

Rusiya "Tur Operatorları Birliyi" bir çox Rusiya vətəndaşının Türkiyəyə səfər edəcəyini və bu mövzunun sosial şəbəkələrdə müzakirə olunduğunu açıqlayıb. İnternet saytlarından özləri otelləri bron edən bir çox Rusiya vətəndaşı, müstəqil olaraq Türkiyədə tətil etməyi planlaşdırır.
 
Rusiya "Tur Operatorları Birliyi" Rusiya vətəndaşlarının bir çoxunun isə Türkiyədə mənzil və ya villa dairə kirayəyə götürərək tətil etməyi planlaşdırdığını bildirib. 
 
BAKU.WS