SİZİN REKLAM BURADA!
055 213 76 73


“Nargis” fondu Fəvvarələr meydanında iftar süfrəsi təşkil edəcək.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, Ramazan bayramı ərəfəsində “Nargis” fondu qardaş ölkə-Türkiyə Respublikasının səfirliyi ilə birgə “Qız Qalasından Kız Kulesinedək” xeyriyyə layihəsinə start verib.

Məlumatda qeyd edilir ki, layihə çərçivəsində “Nargis” fondu “Türk Hava Yolları”, “MUSİAD”, “Ziraat” bank və “145 Group”un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək:

"İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək.

Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!"
BAKU.WS