SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının rəhbərliyi tərəfindən qoruğun zibillənməsilə bağlı məsələyə aydınlıq gətirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin müdiri Hikmət Əlizadənin BAKU.WS-ə verdiyi məlumata görə, qoruğa çoxsaylı insanlar gəlir. Onların da çoxu təmizliyə riayət etmirlər.

Biz Göygölü açıq elan edəndə vətəndaşlara ilk müraciətimizdə tələbimiz bu olub ki, məişət tullantıları ilə ətrafı çirkləndirməsinlər. Göygöl Milli parkının uzun müddət bağlı qalmasının səbəbi bu idi ki, insanlar gölü və ətrafın çirkləndirmişdilər. Gölün su hövzəsinin özünü bərpa prossesi uzun müddət getdiyi üçün biz oranı bağlı saxlamaq məcburiyyətində qalmışdıq. Lakin, vətəndaşların çağırışlarından sonra biz parkı açmaq qərarına gəldik. Amma təəsüf ki, yenidən eyni mənzərə ilə qarşılaşdıq. Düzdür, bu kütləvi şəkildə olmasa da, yenə də yol verilməzdir”, - deyə Hikmət Əlizadə bildirib.

 

Qoruğun ərazisində zibil qablarının olmaması məsələsinə aydınlıq gətirmək üçün Hikmət Əlizadə bunları deyib: "Qoruğun ərazisi 12755 hektardır. Bu böyüklükdə ərazidə addım başı zibil qabılarının qoyulması hazırda mümkün deyil. Amma mümkün yerlərdə zibil qabları qoyulub. Bundan əlavə, Qoruğa məişət tullantıları üçün nəzərdə tutulan xüsusi paketlər də qoyulub. Lakin vətəndaşlar bununla belə yenə ətrafa məişət tullantıların atırlar. Biz vətəndaşlara yaxınlaşıb deyəndə etiraz edirlər, hətta vəziyyət bəzən dava həddinə çatır".

 

İnsanları bura buraxmamışdan qabaq bütün yol boyu, bütün piknik yerlərində, avtomobil dayanacağı, gəzinti yerlərində - hər yerdə zibil qabları quraşdırılıb. 100 zibil qutusu qoyulub, 10 minə yaxın zibil torbası alınıb. Birinci 2-3 gündə heç bir problem yox idi. İnsanlar əllərindəki zibili qutulara atırdılar. Sonradan daxil olanların sayında artım baş verdi, artıq hər cür adam daxil olurdu, zibilləri yerə atdırılar. 

 

İndiyə qədər 15 nəfərin cərimələndiyini bildirib: "Bu cərimə ilə həll olunan deyil, ictimai nəzarət olmalıdır, insanlarda bir-birinə qarşı ictimai qınaq olmalıdır. Eyni zamanda istəyirik həftənin bir gününü profilaktik gün elan edək və ətrafı tam təmizləyək. Çünki orada adam olarkən tam təmizləmək mümkün deyil


Ziya Səccad

BAKU.WS

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ziya Səccad
BAKU.WS