Bakıda ev qiymətinə it satılır.

Tibet mastifi olduğunu iddia edən şəxs onu 150 min manata satır. Elan saytında bu barədə məlumat yerləşdirən həmin şəxs tibet mastifini sifarişlə Çindən gətirdiyini deyir. İlkin ödəniş kimi isə müştəridən müəyyən məbləğ alır.

O, elanda iti alan müştəriyə heyvanın ana və atasının şəkilləri, soyu kökü haqda təsdiq olunmuş sənədi təqdim edə biləcəyini də qeyd edib. Hətta itən bütün vaksinləri olunduğunu, peyvənd cədvəli və evcil heyvan passportu barədə də məlumatlar yazıb. Elanda qeyd edilən nömrə ilə əlaqə saxlayıb, itin niyə belə baha qiymətə olması ilə maraqlandıq. Satıcı Tibet Mastifinin dünyanın ən bahalı iti olduğunu və qoyunlarını bəbirdən qorumaq üçün Hindistan,Çin,Nepal və Tibetdə yerli qəbilələr tərəfindən istifadə edildiyin dedi.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, itin bu qədər baha qiymətə, elan saytında heç bir rəsmi zəmanət olmadan satılmasını qanuna uyğun hesab etmir. O, elektron ticarət qaydasının burda pozulduğunu deyir. Qeyd edək ki, elektron ticarətlə məşğul olan hüquqi və ya fiziki şəxslərin bütün məlumatları rəsmi qaydada qeyd edilməlidir. Amma danışdığımız bu fakt onu göstərir ki, həmin şəxsin elanda yalnız mobil nömrəsi qeyd edilib.

Hüquqşünas bu cür elanla rastlaşan şəxslərə diqqətli olmağı tövsiyyə edir. İlkin ödəniş edib hansısa əşya və ya heyvan alarkən isə ödənişi mütləq qaydada rəsmi müqavilə əsasında edin.

BAKU.WS