Azərbaycanda satışda olan ən bahalı maşın nömrələri: 55 minə (QİYMƏTLƏR)
BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, sözügedən avtomobil qeydiyyat nişanlarından biri 10-OO-015 dövlət nömrə nişanıdır. Elanda nömrənin 55 min manata satıldığı qeyd olunub.
Digər bir elanda isə 10-DO-777 dövlət nömrə nişanı 12 min manata satılır.
Bahalı nömrələr içərisində diqqət çəkənlərdən biri isə "AA” seriyalı qeydiyyat nişanıdır. Belə ki, 90 AA 493 dövlət nömrə nişanının satışıyla bağlı elanda qiymət 13 min manat olaraq göstərilib.
Qeyd edək ki, 2014-cü ildə "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklə prestijli maşın nömrələrinin qiyməti minimum 500 manat, maksimum isə 2500 manat müəyyən olunub.
Məsələ ilə bağlı açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nömrələrin baha qiymətə satılması tam olaraq qanunauyğundur:
"Həmin nömrə Dövlət Yol Polisi İdarəsi tərəfindən birinci dəfə vətəndaşa və yaxud təşkilata satılan zaman dövlət rüsumu minimum 500, maksimum isə 2500 manat olur. Bu qanun ilkin satış zamanı keçərlidir.
Həmin nömrələri baha qiymətə təklif edənlər ayrı-ayrı şəxslərdir. Bu işi görənlər arasında möhtəkirçiliklə məşğul olanlar da var. Məsələn, onlar küçədə bir köhnə maşın görürlər, baxırlar ki, maşının qeydiyyat nişanı özündən 2 dəfə bahalıdır. Yaxınlaşırlar avtomobilin sahibinə, deyirlər ki, gedək nömrəni öz adımıza rəsmiləşdirək, təkcə nömrəyə görə sənə 5000 manat verəcəyik. Bu isə tam olaraq qanunidir.
O nömrəni DYP müəyyən olunmuş dövlət rüsumundan baha satarsa, o zaman qanun pozulmuş olar. Bu isə mümkün deyil. Polis o nömrələri vaxtilə kimlərəsə verib, o şəxslər də istədiyi qiymətə satır.
Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, dövlət qeydiyyat nişanı avtomobilsiz heç bir əhəmiyyət daşımır. Onu satanlar ikiqat rəsmiləşdirmədən keçirib, sonra başqa adama sata bilirlər”.
Oxşar xəbərlər
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir – QƏRAR VERİLDİ
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb. Bu barədə naxcivanxeber...