SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Oskar" mükafatı almaq istədiyini deyib. 
 
BAKU.WS məlumat verir ki, Türkiyədə bir çox film və seriallarda rol alaraq tanınan aktrisa son vaxtlar "Il giovane papa", "Game of Thrones" kimi məşhur filmlərin sınaq çəkilişlərində də iştirak edib:
 
"Açığı hər şey bir il əvvəl Anila Gajeviklə birlikdə işləməyimlə başladı. Anila, Saraybosnalı menecerdir və "Zona Talents" adında agentliyin sahibidir. "Zona Talents" balkanların ən güclü agentliklərindən biridir. Mən də bu agentliklə işləməyə başladım. O agentliyin sayəsində "Il giovane Papadan" və "Game of Thrones" kimi məşhur serialların sınaq çəkilişinə qatıldım".
 
Aktrisa "Legends”də aldığı roldan da danışıb. Nəsrin çəkiliş zamanı müsəlman olduğu üçün ona qarşı heç bir ayrı-seçkilik edilmədiyini deyib:

"Müsəlman olmağımla bağlı heç bir mənfi reaksiya hiss etmədim. Son altı ayda həm bizim ölkədəki terror hücumları, həm də Parisdə baş verənlər göstərir ki, hər yerdə bir düşmənçilik hakimdir”. 
 
Həmyerlimiz "Oskar xəyalından da danışıb: "Son iki ildir ki, ""Oskar" alacağam" deyirəm. Heç kim də mənə "boş xəyal qurma" demir. Önəmli olan, xəyalların böyük olmasıdır".

Türkiyə sevgisindən danışan aktrisa, xaricə ancaq iş üçün gedəcəyini bildirib: "Bu günə qədər dediklərimlə üst-üstə düşməyəcək bəlkə də, amma mən Türkiyəni dəlicə sevirəm. İstanbulu da həmçinin. Burada doğulub boya-başa çatmamışam. 11 yaşında Bakıdan bu ölkəyə gəldim. Lakin bu ölkənin insanlarını, mədəniyyətini çox sevirəm. Başqa yerdə yaşaya bilmərəm. İş çıxdıqca xaricə gedib çalışaram. Türkiyə məni çox gözəl böyütdü, sinəsində yatırdı. Burada özümü daha dəyərli hiss edirəm".
 
BAKU.WS