21 yaşlı pop ulduz Castin Biber İnstaqram hesabında paylaşdığı foto ilə səs-küyə səbəb olub.
 
BAKU.WS məlumat verir ki, pop ulduz model-rəqqas Heyli Bolduinlə öpüşərkən çəkilmiş şəklini paylaşıb. 2 milyon insanın bəyəndiyi fotoya 400 mindən çox şərh yazılıb. Şərhlərdə insanların bir qismi Selena Qomezin müdafiəsinə qalxıb. Çoxları Biberi Selenaya xəyanət etmədkə ittiham edib. 

Qeyd edək ki, Heyli Bolduin məşhur rejissor Stefan Bolduinin qızıdır. 21 yaşlı amerikalı model Castinlə uşaqlıqdan bir-birlərini tanıyırlar. 
 
BAKU.WS