Şamaxıda palçıq vulkanı püskürən ərazidə son vəziyyət (FOTO)

13
fev
2019
14:24
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən ərazidə müşahidələr aparır.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, şöbənin aparıcı elmi işçisi Orxan Abbasov bildirib ki, vulkanların aktivləşməsinə bu ay ardıcıl baş verən zəlzələlər təsir edib:"Püskürmə nəticəsində təxminən 2 hektara yaxın əraziyə palçıq yayılıb. Bu vulkan indiyədək 14 dəfə püskürüb. Bu dəfəki püskürmə alovsuz olub və vulkanlar üçün xarakterik olan çatlar baş verməyib".Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Quşçu” vulkanında püskürmə qeydə alınıb. AMEA nəzdində RSXM-nin “Zəlzələlərin tədqiqatı” bürosunun məlumatına görə, püskürmə yerli vaxtla 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib.BAKU.WS
























Oxşar xəbərlər
Zəlzələdən sonra Şamaxıda vulkan püskürdü
Şamaxı rayonunda vulkan püskürüb."Report"un yerli bürosu xəbər verir ki, təbii hadisə rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.Qeyd edək ki, Fevralın 5-də Şam...
