SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin TV8 kanalında yayımlanan "O ses Türkiye" musiqi yarışmasında daha iki azərbaycanlı iştirakçı qatılıb.
 
BAKU.WS məlumat verir ki, iştirakçılardan biri Flora və Ofeliya bacıları, digəri isə "Yeni Ulduz" yarışmasının iştirakçısı olmuş Zülfinaz Rəcəbovadır. Flora və Ofeliya bacıları Sertab Erenerin "Bu böyle" mahnısını ifa ediblər. Bacılar ifası ilə münsiflərdən yalnız Ebru Gündeşi döndərə biliblər. Zülfinaz Rəcəbovanın "This is mans world" ifasına isə münsiflərdən Hadisə dönüb.
 
BAKU.WS