VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin tanınmış müğənnisi Halil Sezanin bəstəsi olan "İsyan" mahnısı sosial şəbəkələrin yeni fenomeni olub.
 
BAKU.WS məlumat verir ki, Ahmed Parlak adlı gənc Halil Sezainin bəstəsi olan "İsyan" mahnısını ifa edib. Mahnını ifa edərkən çəkilidiyi video qısa müddətdə sosial şəbəkələrdə izlənmə rekordu qırıb. Ahmedin ifası təkcə internet istifadəçilərinin deyil, tanınmış insanların da diqqətini çəkib. Belə ki, Tv8 kanalında yayımlanan "O ses Türkiye" yarışmasının münsifi Gökhan Özoğu Ahmed Parlağın videosu haqda danışıb. Verlişdə yayımlanan video münsif heyyəti ilə yanaşı Tv8-in rəhbəri, aparıcı Acun İlıcalının da marağına səbəb olub.
 
"O ses Türkiye"nin ötən günkü buraxılışında Ahmed Parlağ verlişə qonaq qismində qatılıb. Verlişdə "İsyan" mahnısını yenidən ifa edən Parlağı münsiflər ay üstə alqışlayıblar. Daha sonra eyni ifanı Ebru Gündeşlə duet şəklində ifa ediblər. 
 
Qeyd edək ki, Halil Sezai qatıldığı proqramların birində aparıcının "İsyanı daha çox kimin ifasında bəyənirsən" sualına Ahmed Parlağın ifasında bəyəndiyini deyib.
 
BAKU.WS