SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tv8 kanalında yayımlanan "O ses Türkiye" musiqi yarışmasının dünənki buraxılışında daha bir azərbaycanlı iştirak edib.

BAKU.WS məlumat verir ki, Nurlana Kərimli adlı iştirakçı Azərbaycanda musiqi fəaliyyəti ilə məşğul olduğunu, tanındığını bildirib:

"Bu yarışmadan Azərbaycanda da var, amma mən buranı daha çox sevdiyim üçün qatıldım". 

Həmyerlimiz, səhnədə "Ayrılıq" mahnısını ifa edib. Ancaq onun ifasına heç bir münsif dönməyib. Həyəcanlı olduğu üçün mahnını yaxşı ifa etmədiyini bildiriblər. 
 
BAKU.WS