SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Tv8 kanalında yayımlanan "Yetenek Sizsiniz Türkiye" yarışmasının dünənki buraxılışında azərbaycanlı qız iştirak edib.

BAKU.WS məlumat verir ki, 9 yaşlı Fatimə Sadiqova hind rəqsi ilə münsiflərin qarşısına çıxıb. Həmyerlimiz, hər üç münsifdən "hə" cavabı alıb. Fatimə yarışmada Bəxtiyar Vahabzadənin "Azərbaycan Türkiyə" şeirini də səsləndirib.
 
Qeyd edək ki, yarışmanın münsiflər kürsüsündə reklamçı Ali Taran, aktyor Eser Yenenler və aktrisa Seda Bakan əyləşib.
 
BAKU.WS