Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

20
yan
2019
09:22
Ötən gecə bir neçə saatlıq ayın ətrafında müəyyən halqa müşahidə edilib. Şirvan, Şəki və bir sıra digər bölgələrdə bu aydın müşahidə edilib. Mütəxəssislər bildiriblər ki, bu adi təbiət hadisəsidir və temperatur enəndə bunu müşahidə etmək normaldır.Ölkə səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub.Bu təbiət hadisəsi ötən gecə saat 22:00-dan sonra yaranıb və bir müddət davam edib.Mütəxəssislərin bildirdiyinə görə, Şirvan, Şəki və digər bölgələrdə müşahidə olunn bu mənzərə adi təbiət hadisəsidir. bu dairə adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı dairə tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, troposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.Şamaxı Astrofizika rəsədxanasının şöbə müdiri Ədalət Ətayi deyir ki, bu nadir təbiət hadisəsi hesab edilmir və havanın temperaturundan asılı olaraq görünə bilərMütəxəssis bildirib ki, bu təbiət hadisəsi insanla o cümlədən də meteohəssasşəxslər üçün heç bir təhlükə törətmir.BAKU.WS
Oxşar xəbərlər
2019-cu ilin ilk Günəş tutulması baş verdi (VİDEO)
Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.BAKU.WS xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxan...