VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış parapsixoloq Həsən Həsrətli 2019-cu il baş verəcək hadisələrlə bağlı BAKU.WS-ə danışıb.
O, Yeni il ərzində baş verəcək hadisələrlə bağlı proqnozlar verib.

“2019-cu il donuz ilidir. Bu il çirkablıq və mundarlıq ili olacaq. Üzümüzə gələn il tənbəllik, çirkablıq və çətinliklərlə dolu olacaq”, - deyə Həsən Həsrətli bildirib.


Bəs bu il hansı ölkələr üçün çətinliklər yaranacaq?

- Rusiya dövlətində problemlər yaranacaq. Ölkəyə rəhbərlik edənlərlə bağlı problemlər yaranacaq. Ümumilikdə gələn il Rusiya üçün narahatçılıqlar və çətinliklər görürəm.

Bundan başqa, Amerika dövləti üçün də gələn il çətinliklərlə dolu dövr kimi yadda qalacaq. ABŞ başçısı qəfildən xəstəliyə tutulacaq. 2019-cu ildə bu dövlət üçün heç də xoş keçməyəcək.

Gələn il Türkiyədə də fevral-mart ayında qatma-qarışıqlıq olacaq. Mart ayından sonra Türkiyədə hər şey yerini tapacaq, sakitçilik olacaq.

Lakin idarəçilik 2019-cu ilin 7 ayı Amerika dövlətinə aid olacaq. İlin sonuna yaxın gözləri balaca olan millətlər dünyaya hegemonluq edəcək. Çin, Yaponiya kimi ölkələr ilin sonuna yaxın dünyada böyük gücə sahib olacaq.

Yeni ildə İran da öz gücünü göstərmək istəyəcək. Lakin sonuna qədər hərəkət edə bilməyəcək və geri addım atacaq.

Gələn il ölkələr arasında vəziyyət daha da gərginləşəcək

- Artıq dünya müharibəsi başlayıb. Dünyada mövcud böhranla bu müharibənin startına başlanılıb. Hazırda bunun silahlarla yox, ən çox dövlətlər arasında gedən böhranlarla hiss edirik. Hazırda bu mübarizədə kənarda qalan və neytrallığını qoruyan İsraildir.

Yeni il Ermənistanda müsəlmançılığa maraq çoxalacaq. Orada çoxsaylı insanlar İslamı qəbul edəcək. Hazırda çətin dövrlər keçirirlər və çətinlik gələn il daha da artacaq. Ermənilər Rusiyadan əl çəkib, Amerikaya yönəlmək istəyirlər. Bunun nəticəsində ermənilər ortalıqda qalacaq.

2019-cu ildə təbii fəlakələr baxımından nələr olacaq?

- Gələn il dünyada çox şey olacaq. Zəlzələlər və vulkanlar olacaq. Yatan palçıqlar oyanacaq.

Ümumiyyətlə dünyada qanlı hadisələr görünür. Əsasən də maddi çəhətdən 2019-cu il çox pis keçəcək.

2019-cu il Azərbaycan üçün necə olacaq?

- Dünyada maliyyə böhranı tüğyan edəcək. 2019-cu ildə bu böhran Azərbaycandan da yan keçməyəcək. 2019-cu ildə Azərbaycanda güclü böhran gözlənilir.

Gələn il tanınmışlar arasında nələr olacaq?

- 2019-cu il nazirlərdən biri çox ağır xəstəliyə tutulacaq. Ola bilər ki, o, dünyasını dəyişsin.

Röya 2019-cu ildə səhhətilə bağlı çox ehtiyatlı olmalıdır. O, canında olan xəstəliklə mübarizə aparır və onun qarşısını almaq üçün çalışacaq.

Ziya SƏCCAD
BAKU.WS