VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Opera müğənnisi Anna Netrebko 2 milyon avroluq taca görə ərə gedəcək. 
 
BAKU.WS-in məlumatına görə, azərbaycanlı tenor Yusif Eyvazovla sevgili olan Annanın nikah mərasimi dekabrın sonunda Vyanada baş tutacaq. 44 yaşlı məşhur opera müğənnisi sevgilisini keçən ilin yayında mətbuata açıqlayıb. Onun adaxlısı - 38 yaşlı tenor Yusif Eyvazovdur.

O, Luçano Pavarottinin şagirdidir. Yusif Bakı Musiqi Akademiyasını bitirib. Yusif Annayla birlikdə Roma "Teatro dell'Opera"da ifa edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir. Annayla görüş Yusifin həyatını dəyişdirdi. 

Cütlük 29 dekabra toy gününü təyin edib. Anna və Yusif üçün - bu birinci nikahdır. Əvvəlcə, Netrebko və Eyvazov Sankt-Peterburqda toy etməyi planlaşdırırdı, amma mürəkkəb qastrol qrafiklərinə görə Vyanada təntənəli mərasim təşkil etmək qərarına gəliblər. Bəy və gəlin təxminən 200 insanı toya dəvət edib. Onların arasında Filipp Kirkorov, bəstəkar İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo, dirijor Valeri Gergiyev və digər məşhurlar var. Yusif Eyvazov toy mərasimində gəlinə 2 milyon avro qiymətində tac hədiyyə edəcək. 
 
BAKU.WS