VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyanın ən böyük mesajlaşma tətbiqi “WhatsApp” bəzi köhnə telefon və sistemlərə dəstək olmayacaq.

BAKU.WS
 interaz-a istinadən xəbər verir ki, bu həftə 7 yaşını qeyd edən “WhatsApp” köhnə cihazlara dəstək verməyəcəyini açıqlayıb.


Yenilənən açıqlama ilə birlikdə “WhatsApp” iPhone 3G və bəzi Android telefonlarda istifadə edilə bilməyəcək.


Amma şirkət Blackberry və Nokia üçün fərqli bir yol seçəcək. “WhatsApp” 2017-ci ilin iyun ayından etibarən BlasckBerry10. Nokia S40 və Nokia Symbian S60 modellərinə dəstəyini kəsib.


Android 2.1 və 2.2 sistemlərini istifadə edən cihazlara da dəstəyini dayandıracaq “WhatsApp” Windows tərəfindən Windows Phone 7 sistemindən istifadə edən cihazlarda da istifadə olunmayacaq.


iPhone 3GS və iOS 6 üçün də dəstək verməyəcək “WhatsApp” açıqlamasında çətin, amma doğru bir qərar verdiklərini ifadə edib.


Ümumilikdə, il sonunda “WhatsApp” tərəfindən istifadə olunmayacaq platformalar bunlardır:


Android 2.1 ve Android 2.2;

Windows Phone 7

iPhone 3GS / iOS 6.


2017-ci ilin iyun ayından BlackBerry 10 da daxil olmaqla, BlackBerry üçün “WhatsApp” yoxdur.


BAKU.WS