SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşəbbüsü ilə təşkil olunmuş "Nardan doğan rənglər" adı altında foto müsabiqəyə start verilir.

BAKU.WS xəbər verir ki, müsabiqə bir ay ərzində ( 15- Sentyabr : 15-Oktyabr tarixlərində) keçiriləcək.

Müsabiqədə iştirak etmək və mükafat fondu 2000 - 1000 - və - 500 manat olan 3 - qalib yerlərdən birinə sahib olmaq isə çox asandır.

Bunun üçün həvəskar və yaxud peşəkar olan fotoqraflar "Nar dünyasını" əks etdirən çəkdiyi foto şəkili [email protected] elektron ünvanına göndərməlidir.

Müsabiqənin daha ətraflı şərtləri ve gedişatı ilə bağlı ANİİA-nın rəsmi səhifəsi olan https://www.pomegranate.az və instagram səhifəsindən https://www.instagram.com/aniia.offical əldə edə bilərsiz.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası müsabiqədə iştirak edəcək hər bir iştirakçıya uğurlar arzulayır!

BAKU.WS