SİZİN REKLAM BURADA!
055 213 76 73



Hindistanlı çütlük Bakının mərkəzində özünə toy edib.

Nağıllardakı kimi 3 gün, üç gecə davam edən toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə dəvət olunub. Toy hind adət-ənənələrinə uyğun təşkil edilib.

"Azneft" meydanından keçən "toy karvanı" görənlərin marağına səbəb olub.

Ardınca toy mərasimi paytaxtımızın məşhur məkanlarında biri olan "Alov qüllələri"ndə 3 gün, 3 gecə davam edib. Maitili Saqar və Rohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4, 5 və 6 sentyabr tarixlərində baş tutub.

Mərasimdə 400-dən çox hindistanlı iştirak edib.

Toyun "Alov qüllələri"ndə keçirilməsinin səbəbi isə olduqca maraqlıdır. Belə ki, hindistanlılar oda sitayiş etdikləri üçün məhz bu məkanıseçiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS