13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Ötən axşam Türkiyənin tanınmış aktrisası Türkan Şorayın Nizami Kino Mərkəzində "Uzaklarda arama" filminin qala gecəsi baş tutub.

BAKU.WS məlumat verir ki, gecəyə aktrisa qızı və filmin yaradıcı heyəti ilə qatılıb. Mərasimdə jurnalistlərin suallarını cavablandıran Şorayla qızı Yağmur Ünal Bakını çox sevdiklərini deyiblər:

"Mənə qarşı o qədər səmimi, isti münasibət göstərirsiniz ki, buna görə çox sevinirəm, çox xoşbəxtəm. Bakıya "Uzaklarda arama” filmimizlə gəlmişik. Filmin rejissoru mənəm, qızım da rol alıb. Film artıq nümayişdədir. Ümid edirəm azərbaycanlı tamaşaçılar filmimizi bəyənəcəklər. Ana-qız kimi bir filmdə işləmək çox həyəcanlı idi. Qızım Yağmur da bu həyəcanı hiss edirdi. Rejissor olaraq qızıma qarşı sərt tələblərimin olmasından Yağmur narazılıq etsə də, o da başa düşdürdü ki, burada artıq ana deyiləm, rejissoram”.
 
Filmdən sonra keçirilən press konfransda danışan aktrisa "Günəşli" yatağında həlak olmuş neftçilərin ailələrinə baş sağlığı verib:
 
"Dəhşətli faciədə həyatını itirən neftçilərin ölümü sizin qədər bizi də üzdü. Acınız, acımızdır. Sizinlə eyni dərdi bölüşürük. Ailələrinə Allahdan səbr diləyirəm".
 
Ayşən Ayxan 
BAKU.WS