VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir müddətdir sosial şəbəkələrdə britaniyalı müğənni Adelin "25" albomunda yer alan "Million Years Ago" mahnısının Ahmet Kayadan oğurlanması ilə bağlı iddialar yer alıb. 
 
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Qreq Kurstinin (Greg K.) bəstəsi ilə Ahmet Kayanın 1985-ci ildə ifa etdiyi "Acılara tutunmak" mahnıları arasındakı bənzərlik müzakirələrə səbəb olub. 

Musiqiçi Metin Özülkü bunu "sıradan bir təsadüf" adlandırıb. O, bu bənzərliyin normal olduğunu, çox mahnıda istifadə olunan standartdan, qəlibdən istifadə edildiyini deyib:
 


"Doğrudur, ikisi də hissiyat olaraq çox bənzəyir. Amma bu, sadəcə təsadüfdür. Çünki musiqidiə müxtəlif harmonik qəliblər var. Burada da eyni qəlibdə yazılmış iki mahnını müzakirə edirik. Araşdırsanız, dünyada buna bənzər daha çox mahnı da tapa bilərsiniz. Dolayısıyla, amerikalı bəstəkarın Ahmet Kayadan təsirləndiyini ya da oğurladığını iddia edə bilmərik. Bu sıradan bir musiqidir, Ahmet Kayanınkı da orijinal deyil, çünki bu geniş yayılan standartlar üzərində yazılıb".

Ahmet Kayanın həyat yoldaşı Gülten Kaya dünya şöhrətli musiqiçinin plaqiat etidiyinə inanmadığını deyib.
 


Bundan əlavə, Ahmet Kayanın sözügedən mahnısı ilə İlhan İremin "Yazık oldu yarınlara" (1973), Qeri Murun "Still Got the Blues" (1990) mahnıları da bənzədilir. 
 
BAKU.WS