BAKU.WS bu günün - 7 avqust tarixinin qoroskopunu təqdim edir:

Qoç - Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. İşgüzar mühitdə gərginlik yarana bilər. Səbəbləri özünüzdə arayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. İstənilən halda düşünülməmiş addımlar atmayın.

Buğa - Ağır gündür. Problemlərin həllində intuisiyanızı işə salın. Peşəkar fəaliyyətinizdə diqqətli və sayıq olun. Ətrafdakılara hiyləgər insan təsiri bağışlayacaqsız, amma belə etməsəniz, həlli mümkün olmayan problemlərlə üz-üzə qala bilərsiz.

Əkizlər - Şanslı gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər.

Xərçəng - Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür. Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır.

Şir - Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Axşam saatları sakit və xoş keçəcək.

Qız - Səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun. Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz.

Tərəzi - Əlverişli gündür. Köhnə dostlarla yanaşı, yeni tanışlar üçün ünsiyyət yaxşı alına bilər. Yaxın ətrafınızdakı insanlarda müsbət təəssürat yaradırsınız. İşlərin irəliləməsi üçün konkret problemləri sürətlə həll edin. Çevrəniz maneələrin dəf olunmasında sizə yardım edəcəklər.

Əqrəb - Günün energetikası uğur və şans vəd edir. İşlərinizdə və şəxsi məsələlərdə müsbətə doğru mühüm dəyişikliklərin yaxınlaşmasını hiss edəcəksiniz. Təkliflərlə bağlı illüziyalara qatılmayın. Romantik olmayın, gəlir və mənfəət əldə etməyə çalışın.

Oxatan - Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Axşam saatları sakit və xoş keçəcək.

Oğlaq - Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər müvəqqətidir. Diqqətli olun, həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxa bilər.

Dolça – Əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir.

Balıqıar – Təzadlı gündür. Fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, güzəşt edin.

BAKU.WS