SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS günün - 10.05.2018 tarixinin ulduz falını təqdim edir: 

QOÇ
- Uğurlu gündür. Böyük qüvvələrin, himayədarların, tərəfdaşların köməyini hiss edəcəksiz. Həyat potensialınız artacaq, bəxtiniz gətirəcək. Bir çox işlərinizi ciddi səy göstərmədən uğurla həyata keçirəcəksiz.

BUĞA - Rəngarəng gündür. Enerjili, sevincli anlar bol olacaq. Nikaha girmək, sevgilinizlə görüş və yeni tanışlıqlar üçün yaxşı gündür. Ulduzların sizin üçün yaratdığı şanslı zamanı qaçırmayın.

ƏKİZLƏR - Bu gün istedad və bacarığınızı nümayiş etdirmək şansı yaranacaq. Əlinizə düşən bu fürsətdən istifadə etsəniz nəticəsini tezliklə görəcəksiz. Bu gün uzun zamandır nail ola bilmədiyiniz nəticəni asanlıqla alacaqsız.

XƏRÇƏNG - Gərgin gündür. Gözlənilməz dəyişiklik sizi çətinliyə salacaq. Diqqətli və ehtiyatlı olun. Bu gün sizi nəinki biznesdə, şəxsi həyatda da aldada bilərlər.

ŞİR - Həyat enerjiniz, seksuallığınız, şəxsi cazibədarlığınız artacaq. Bu gün çoxsayda sərfəli əməliyyatları asanlıqla həyata keçirəcəksiz. Düşündüklərinizi reallaşdırmaq çətin olmayacaq. Müsbət enerjinizlə çevrənizdəkilərə sevinc bəxş edəcəksiz.

QIZ - Əlverişli gündür. Uğur sizinlə olacaq. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Əlçatmaz sandığınız çox şeyi bu gün asanlıqla alacaqsız. İstirahət və səyahət barədə də düşünün. Enerjinizin tükənməsinə imkan verməyin.

TƏRƏZİ - Uğurlu gündür. Gündəlik işlərlə sakit məşğul ola bilərsiz. Əlavə zəhmət tələb edəcək problemlər yaranmayacaq. İşgüzar və şəxsi sahədə hər şey qaydasında olacaq.

ƏQRƏB - İstirahər, səyahət, vəziyyəti istədiyiniz səmtə dəyişmək üçün əlverişli gündür. Tale yollarında dönüş gözlənilir. Unutmayın, gücünüzü itirməmək üçün dincəlmək lazımdır.

OXATAN - Ümumilikdə uğurlu gündür. İstənilən sahədə şansınız gətirəcək. Şəxsi həyatınız barədə düşünmək üçün gözəl vaxtdır. Emosionallığınız və müsbət enerjiniz uğura gedən yoldakı maneələri aşmaqda köməyiniz olacaq.

OĞLAQ - Uğurlu gündür. Müsbət enerjiniz işlərinizin nəticəsinə öz təsirini göstərəcək və bir çox başlanğıclarda uğur qazandıracaq. Şəxsi həyatınızda dəyişiklik gözlənilir.

DOLÇA - İşgüzar və yaradıcı aktivlik üçün uğurlu gündür. Yenilənmə dönəmindəsiz. Sizi keçmiş böhran vəziyyətindən çıxaracaq perspektivli əlaqələr qurmaq şansı yaranacaq. Şəxsi məsələlərdə irəliləyiş var.

BALIQLAR - Enerjinizi boşa sərf etməyin. Ehtiyatlı olun. Vəziyyəti nəzarətdə saxlamaq və emosiyalarınızı idarə etmək çətin olacaq. İlliuziyalardan uzaq olun. Bu gün həyatın bəzi gerçəklikləri ilə üzləşəcəksiz və bu sizi real həyata qaytaracaq.

BAKU.WS