SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS günün - 17 may tarixinin ulduz falını təqdim edir:

QOÇ
- Bütün mənalarda yaxşı gün olmasına baxmayaraq, aktivlik nümayiş etdirməyin. Qoçlar bu gün təkliyə çəkilib, düşünməlidirlər. Enerjili qoçlara bu asan başa gəlməyəcək, amma belə etməsəniz ilahi qüvvələrin sizə göndərdiyi işarələri qaçıra bilərsiz. 

BUĞA - Yaxşı gündür. İş prosesində özünüzü çox yormayın. Yorğunluq və halsızlıq şəxsi həyatınızda problemlər yarada bilər. Münasibətlərdə təmkin və iradə nümayiş etdirin. Qarşı tərəfi anlamağa cəhd edin.

ƏKİZLƏR - Qarışıq gündür. Günün ilk yarısında xoş xəbərlər və sürprizlər olacaq. İkinci yarısında isə gözlənilmədən planlarınızı dəyişəcək hadisələr baş verə bilər. Hər şeyə hazır olun. Yaxın bildiyiniz insanların xətrinə dəyməyin. Bugünkü mübahisə sabahın münaqişəsinə zəmin yarada bilər.

XƏRÇƏNG - Passiv gündür. Bu gün bütün görüşləri təxirə salın. Çünki həyat enerjiniz azalıb. Təkliyə çəkilib güc toplayın. Ancaq belə etsəniz özünüzə gələ bilərsiz. Axşam saatlarında dostlarınızda görüşün. Sabah sizi aktiv gün gözləyir.

ŞİR - Ulduzlar başladığınız işi bitirmənizi məsləhət görür. Bunu etməsəniz, yarımçıq buraxdığınız istənilən iş gələcəkdə sizə çətinlik yaradacaq. Günün ikinci yarısında daxili dünyanız - yaradıcı potensialınız və intuisiyanız güclənəcək. Çevrənizdəki insanlarla hormoniya hökm sürəcək.

QIZ - Ulduzların düzülüşü günü sizin xeyrinizə işlədəcək. Əl atacağınız istənilən iş uğurla nəticələnək. Karyerada yüksəliş ehtimalı var. Şəxsi həyatda müsbət dəyişiklik gözlənilir. Ünsiyyətlərdə səmimiyyət göstərin. İnsanlar sizi sevəcək. 

TƏRƏZİ - Bu gün ailədə münasibətləri möhkəmlətmək, evdə yaranmış məişət problemlərini yoluna qoymaq üçün olduqca əlverişli gündür. Müdriklik və təmkinlik nümayiş etdirin, anlayışla qarşılanmaq istəyirsizsə, siz də başqalarını anlamağa cəhd edin.

ƏQRƏB - Macəra və əyləncə üçün çox yaxşı gündür. Həftənin ortası olmasına baxmayaraq, istirahətə zaman ayırın. İşgüzarlığınıza ara verin, özünüzü çox yükləməyin. Enerjiniz tükənə bilər. Günü doya-doya yaşayın.

OXATAN - Hərəkətlərinizi, qərarlarınızı analiz etmək üçün yaxşı gündür. Heç kimin məsləhətinə qulaq asmayın. Maliyyə itkiləri ehtimalı var. Sağlamlığınıza diqqət yetirin. Şəxsi həyatınızda mənfi dəyişiklik olacaq. Dərd etməyin, yaranmış vəziyyətə problem kimi baxmayın. Həyat qısadır.

OĞLAQ - Ulduzlar yeni işlərə başlamağı, üstünüzə əlavə məsuliyyət götürməyi məsləhət görmür. İlk baxışdan asan görünən iş əslində çətindir. Bunu nəzərə alıb cari işlərlə məşğul olun.

DOLÇA - Bu gün fiziki işlə məşğuı ola bilərsiz; idman, gəzinti və səyahət sizə xoş əhval-ruhiyyə bəxş edəcək. Müsbət emosiya gün ərzində sizi mübahisələrdən qoruyacaq.

BALIQLAR - Həyat bu gün sizin üzünüzə güləcək. Qəliz maliyyə əməliyyatları, müqavilələrin bağlanması və nikah üçün əlverişli gündür. Məqsədə getdiyiniz yolda güvəndiyiniz dostların məsləhətlərinə qulaq asın və çalışın özünüzə düşmən qazanmayasız.

BAKU.WS