VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qızlar bacarır" sosial kampaniyası çərçivəsində UNICEF və AFFA Azərbaycan qızların böyük potensialı haqqında məlumat verən bir sıra informasiya materialları təqdim edir.

BAKU.WS xəbər verir ki, kampaniyanın ikinci videoçarxı izləyicilərin diqqətinə çatdırılıb. Videoçarxın qəhrəmanı Reyhan Camalovadır. 15 yaşlı Reyhan öz innovativ çalışması olan “Reynerci” ilə dünyanın diqqətini cəlb etmiş və “Forbes”in “30 yaşdan kiçik 30 şəxs” siyahısına daxil edilən ən gənc azərbaycanlı olmuşdur.

Onun ilhamverici hekayəsi üçün aşağıdakı videoya nəzər yetirə bilərsiniz:



Qızlarbacarır kampaniyası 8 Mart Beynəlxalq Qadınlar Günü-ndə başlayıb və 11 oktyabr - Beynəlxalq Qızlar Günü başa çatacaq.

BAKU.WS