SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.

Şamaxı Astrofizika Rəsədxanasındanda BAKU.WS-ə verilən məlumata görə, bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-ə keçən gecə baş verəcək.

Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da başa çatacaq.

Tutulma Yerin ekvatorial zonasında baş verəcək. Bu tutulma mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.

Qeyd edək ki, iyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.

BAKU.WS