Bakıda 18+ tamaşa nümayiş olundu - FOTO
10
iyl
2018
14:36
Ötən gün Yarat Müasir İncəsənət Mərkəzində ADO teatrının "MimOda 18+" tamaşası nümayiş olunub. Tamaşadan fotoları isə fotoqraf İlkin Səlifov çəkib.BAKU.WSxəbər verir ki, çoxsaylı tamaşaçı diqqətini nəzərə alaraq adıçəkilən tamaşa bugün (10 iyul saat 20:00) ADO`nun məkanında təkrar nümayiş olunacaq. Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Tamaşanın rejissoru isə İmam Həsənovdur.İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır.Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qadağan edilmiş 18+ tamaşa - FOTO
Bakıda ilk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib. BAKU.WS-...