SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur azərbaycanlı fitness məşqçisi Fövqi Əfəndi və aktrisa Pərvin Abıyeva kamera önünə keçib.  

BAKU.WS-in məlumatına görə, cütlük bu dəfə mətbəxdəki bacarıqlarını nümayiş etdirib. "Fitway food" brendi üçün çəkilən reklam çarxında Fövqi Əfəndi mətbəxə fərqli obrazda daxil olub. Kadrlardan göründüyü kimi əla əhval-ruhiyyə və parlaq gülüşləri ilə Fövqi Əfəndi və Pərvin Abıyeva dadlı yeməklər hazırlayırlar.

Bir müddət öncə sevgili olduqları xəbərləri yayılan cütlüyün bu görüntüləri böyük maraqla qarşılanıb. Sonradan Pərvin Fövqi ilə sevgi münasibətlərinin olmadığını açıqlamışdı. Fövqi Əfəndi Pərvin Abıyevanın fitness müəllimidir. İki məşhurun birgə fotosessiya etdirməsi onlar haqqında dedi-qoduların yaranmasına səbəb olmuşdu. 

BAKU.WS