"İşğal altındakı Azərbaycan torpaqlarında investisiya yatırmayın".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan-ABŞ işgüzar görüşündə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim üçün prioritetdir:
 
"Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi və indi işğal edilmiş torpaqlara xarici şirkətləri və sərmayəçiləri cəlb etmək istəyir. Biz, ABŞ şirkətlərindən işğal edilmiş Azərbaycan torpaqlarına investisiya yatırmamasını istəyirik".
 
Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
 
BAKU.WS