13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Sabahın hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 15-də bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-15, Bakıda gecə 7-9, gündüz 9-11dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
 
BAKU.WS