SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış stilist Anar Ağakişiyev bu dəfə dəri xəstəliyi olan xanımı bəzəyib. 

BAKU.WS-in məlumatına görə, stilist Günya adlı xanıma makiyaj edib və tanınmaz hala salıb. Üzündə ləkələr olan xanım stilistin bacarığı ilə bir anda tamam dəyişib. 

Anar Ağakişiyev bu barədə sosial şəbəkədə paylaşım edib və bunları yazıb: 

"Günay xanım, cəsarətinizə görə sizi təbrik edirəm. Biz sübut etdik ki, gözəlliyin qabağını heç bir şey ala bilməz. Günay xanım yazılacaq kommentlərə görə çox narahat olduğundan, onu güclə yola gətirmişəm. Amma siz, əzizim Günay, başqalarına örnək oldunuz. Bəzən həyat biz istədiyimiz kimi olmur! Amma biz güclu olmalıyıq və qətiyyən təslim olmamalıyıq!"

Nazim
BAKU.WS