SİZİN REKLAM BURADA!
055 213 76 73



Təbiətin ən gözəl rənglərini əks etdirən Qəbələ şəhəri bu qış fəslini daha da rəngarəng edir. Bu il bütün yumor və musiqi sevərlər üçün Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor festivalı həyata keçiriləcəkdir. 4-11 Yanvar tarixlərində baş tutacaq festivalda gündüz saatlarında idman və əyləncə proqramları, axşam saatlarında isə konsert və yumor proqramları həyata keçiriləcəkdir.

2009-cu ildən həyata keçirilməyə başlayan bu festival ilk olaraq Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukrayna kimi ölkələrdə həyata keçirilmişdir. Festivalın bu illər boyu Valeriy Meladze, Ani Lorak, Nochniye Snayperi, Diana Arbenina və s. kimi tanınmış müğənni ifaçıları olmuşdur. Festival ailəli, qrup və ya fərdi şəkildə aktiv istirahət etmək istəyən şəxsləri bir həftə müddətində gündəlik təşkil olunan müxtəlif əyləncə proqramları ilə təmin edir. Festival bu günə kimi 15000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil etmişdir.

4-11 Yanvar tarixlərində həyata keçiriləcək Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Nataliya Moqilevskaya və “Kvartal 95” Yumor qrupudur. Bundan əlavə festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər fəaliyyətlər nəzərdə tutulmuşdur.

Daha ətraflı məlumat üçün:
www.qafqazhotels.com
www.visitgabala.com

0124043188
+994502900459