SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ukraynalı alim təyyarə qəzası zamanı bütün sərnişinləri xilas edəcək ixtira edib. 
 
BAKU.WS-in məlumatına görə, inqilabi yeniliyi Kiyevdən olan aviasiya mühəndisi Vladimir Tatarenko hazırlayıb. Alimin yeni ixtirası video çarx şəkilində hazırlanıb. 
 
17 milyondan çox baxış olan görüntü sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bir neçə gün öncə Misirdən Moskvaya uçan Rusiya təyyarəsinin qəzaya düşməsindən sonra bu ixtira daha çox əhəmiyyət daşımağa başlayıb.
 
Sərnişinlərin təyyarə qəzası zamanı xilas olması videoda aydın şəkildə göstərilir. İxtira aviaqəza zamanı bütün sərnişinlərin və ekipajın praktik olaraq təhlükəsiz yerə enməsinə imkan verir. Videodan da aydın olduğu kimi təyyarənin sərnişinlər və ekipaj olan hissəsi kapsulun içərisinə yerləşdirilir.
 
Qəza zamanı təyyarənin arxa hissəsində olan qapı açılır və kapsul çölə çıxır. Bundan sonra böyük bir paraşüt açılır və beləliklə kapsul təhlükəsiz şəkildə yerə enir. Əgər bu ixtira tətbiq olunarsa bütün dünyada sərnişin daşınmalarına müsbət təsir edə bilər.
 
Bu ixtiraya bənzər ilk ideya dağıstanlı alim Həmid Xalidov tərəfindən irəli sürülüb. Ancaq Tatarenkonun layihəsi həmkarının təklifindən daha sərfəli və bəsitdir.  

Şahin Həbibov
BAKU.WS