VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


58 yaşlı Bakı sakini Kifayət Bəydəmirova cəmi 250 manatlıq mobil telefon alaraq Hyundai Accent avtomobili qazanıb.

Baku Electronics mağazalar şəbəkəsi tərəfindən keçirilən “Real şans, real hədiyyə” stimullaşdırıcı lotereyasında 8 Hyundai Accent oynanılır. Maşınla yanaşı, 50 mindən çox digər hədiyyələrin, o cümlədən onlarla iPhone-8, soyuducu, paltaryuyan, televizorun oynanıldığı bu kampaniyada iştirak etmək üçün sadəcə 200 manat üzərində istənilən əşyanı almaq kifayətdir.

Avtomobilin udulma anı mağazanın təhlükəsizlik kamerasına da düşüb.




Kifayət Bəydəmirova deyir ki, ilk dəfədir ki, hansısa lotereyada bəxti gətirir. Kifayət xanım jurnalistlərə bildirib ki, maşını satmaq fikri yoxdur. Yaşına baxmayaraq, sürücülük vəsiqəsi alıb maşını özü sürmək istəyir.

Qeyd edək ki, Baku Electronics elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. Bu mağazalar 60-dan çox markanı özündən birləşdirir.

“Real şans, real hədiyyə” kampaniyasında isə 7 maşın hələ də öz sahibini gözləyir və lotereyada iştirak etmək üçün 200 manatdan yuxarı istədiyiniz əşyanı həm nağd, həm də hissə-hissə ödəmək şərtilə almağınız kifayətdir. Uduşlu lotereya 16 yanvar tarixinədək davam edəcək.

Ətraflı məlumat üçün: www.bakuelectronics.az/RealSans

BAKU.WS