8 avtomobildən biri uduldu – Bakı sakini Hyundai Accent qazandı (VİDEO, FOTO)
23
noy
2017
10:30
58 yaşlı Bakı sakini Kifayət Bəydəmirova cəmi 250 manatlıq mobil telefon alaraq Hyundai Accent avtomobili qazanıb. Baku Electronics mağazalar şəbəkəsi tərəfindən keçirilən “Real şans, real hədiyyə” stimullaşdırıcı lotereyasında 8 Hyundai Accent oynanılır. Maşınla yanaşı, 50 mindən çox digər hədiyyələrin, o cümlədən onlarla iPhone-8, soyuducu, paltaryuyan, televizorun oynanıldığı bu kampaniyada iştirak etmək üçün sadəcə 200 manat üzərində istənilən əşyanı almaq kifayətdir. Avtomobilin udulma anı mağazanın təhlükəsizlik kamerasına da düşüb. Kifayət Bəydəmirova deyir ki, ilk dəfədir ki, hansısa lotereyada bəxti gətirir. Kifayət xanım jurnalistlərə bildirib ki, maşını satmaq fikri yoxdur. Yaşına baxmayaraq, sürücülük vəsiqəsi alıb maşını özü sürmək istəyir. Qeyd edək ki, Baku Electronics elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. Bu mağazalar 60-dan çox markanı özündən birləşdirir. “Real şans, real hədiyyə” kampaniyasında isə 7 maşın hələ də öz sahibini gözləyir və lotereyada iştirak etmək üçün 200 manatdan yuxarı istədiyiniz əşyanı həm nağd, həm də hissə-hissə ödəmək şərtilə almağınız kifayətdir. Uduşlu lotereya 16 yanvar tarixinədək davam edəcək. Ətraflı məlumat üçün: www.bakuelectronics.az/RealSans BAKU.WS
Oxşar xəbərlər
“Auto Azərbaycan” şirkəti “Qışa Arxayın Başla” kampaniyasına start verib
Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti Hyundai sahiblərinin servisdən sərfəli qiymətlərlə istifadə etməsi üçün tez-...