13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Əməkdar artist Məlahət Abbasova müğənni Röya Ayxanın "Bəyaz show”da qonaq olması ilə bağlı irad bildirib.
 
 
 
BAKU.WS məlumat verir ki, aktrisa sosial şəbəkədə ifaçıya qarşı hörmətsizlik edildiyini yazıb:

"Verilişin bitməsinə 10 dəqiqə qalmış dəvət olunan, Bəyazın dediyi kimi "Azərbaycanın Rihannası”na sadəcə, 1 mahnı oxutdurdular. İlk görəndə qürur hissi keçirdim. Ailəlikcə gözlədik ki, ikinci və üçüncü mahnı da oxusun, amma olmadı. Məncə bu başqa ölkədən gələn sənət adamına təhqir, hörmətsizlik idi. Bəyazın heç bir proqramında xarici ölkədən gələn qonağa belə davranmırlar. Menecer belə bir şeyi necə qəbul edib? Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala-xətrin qalmasın deyə bir mahnı ilə verilişə qatılmaq lazım idi? Öz vətənlərində belə bir təklifi hər hansı kanaldan qəbul edərdilər? Böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın. Min əziyyətlə gəldiyiniz yeri, hörmətinizi bir proqrama görə itirməyin. Bu birinci dəfə olmadığı üçün belə şeylərə çox əsəbləşirəm. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var. Bəyazın proqramı gözəl və reytinqlidir. Ora qatılarkən hər şeydən əvvəl peşəkar sənət insanı olaraq, prestijinizi zədələməyin” - deyə Məlahət Abbasova bildirib.
 
BAKU.WS