VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Rafiq müəllim senytabrın 21-dən Bakıdadır. Təyyarədən düşən kimi xəstəxanaya qoyduq. Bir-iki gün normal oldu. Sonra səhhətində yenidən problemlər yarandı. Sözün düzünü desəm, ciddi problemlər yarandı. Halı özündən getdi. Qorxdular ki, koma vəziyyətinə düşə bilər. Amma çox sağ olsunlar, Neftçilər Xəstəxanasındakı həkimlərin və Mehriban xanım Əliyevanın göstərdiyi kömək sayəsində durumu stabilləşdi. Almaniyadan həkimlər gəlib yoxladılar”.

BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.

Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır.

O, ötən ay Türkiyədə sırf bu problem səbəbindən yenidən əməliyyat olunub.

Hazırda Bakıda olan xalq artisti yenidən reanimasiyadadır:

“Rafiq müəllim hazırda Neftçilər xəstəxanasının reanimassiya şöbəsindədir. Oradan palataya köçürülməsi ilə bağlı həkimlər hələlik, bir şey fikirlərşmirlər”.

BAKU.WS