Sabah yağış yağacaq
Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Qəfil halı pisləşən 41 yaşlı aktrisa xəstəxanaya yerləşdirildi
Avstraliyalı komediyaçı Tanya Hennessi təcili olaraq xəstəxanaya yerləşdirilib. BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Qeyd edili...