SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yetim Eyvaz şimal bölgəsinin oğlu, Siyazənli balası kimi özünü həmişə təqdim edirdi. 

BAKU.WS-in məlumatına görə, Yetim Eyvaz kimi tanınan Eyvaz Qurbanov sadə insanların məclislərinə fəxri qonaq kimi dəvət olunurdu. Onun ən məşhur şeiri "Yağış” olub. Onun şeirləri sadə və asan cümlələrdən qurulduğu üçün hər bir insana başa düşələn idi. 

Məşhur şair ötən gün səhər saatlarında dünyasını dəyişib. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə getib. 21 il sürücü işləyib.

1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edib.

İman
BAKU.WS