SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyada azərbaycanlı oğlanın erməni sevgilisini öldürdüyü anlar videokameraya düşüb.

BAKU.WS
-in NTV-yə istinadən verdiyi məlumata görə, Rusiyada yaşayan azərbaycanlı gənc Emil Zülfüqarov qonşuluqda yaşayan erməni qızı Anna Sarkısyanı sevirmiş. Lakin sonradan gənclərin arasında problem yaranıb. Qız oğlandan ayrılmaq istəyib.

Anna Sarkısyanın ailəsi də gənclərin birləşməsinə narazı olublar.

Emil Zülfüqarov gecə saatlarında Anna Sarkısyanı avtobus dayanacağında yaxalayıb. Onlar arasında mübahisə olub. Mübahisə zamanı oğlan bıçaqla qızın qarnına bir neçə zərbə endirib və qaçıb. Qız təcili yardım gələnə qədər ölüb.

Baş verən hadisə müşahidə kamerasına düşüb.

BAKU.WS baş verən hadisənin görüntülərini təqdim edir:

Ziya Səccad

BAKU.WS