Dünən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın toy mərasimi keçirilib.

Nazirin yeganə övladı İran əsilli iş adamı Şəhriyarla ailə qurub. Cütlük bir neçə il öncə Londonda tanış olub. Bu səbəbdən onların nikahı Londonda, toyları isə Bakıda baş tutub.

Qeyd edək ki, Suad Qarayeva Londonda məşhur "Sotheby s” hərrac evində layihə meneceri vəzifəsində işləyir.

O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.
 
Qafqazinfo
BAKU.WS